Azərbaycanda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Azərbaycanda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 17 iyun 2013 07:44 (UTC +04:00)

Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Yaqub Məmmədovun idarə etdiyi “Wolksvagen-Passat” markalı, 90 LS 679 dövlət nömrə nişanlı avtomobil Yardımlı rayon sakini, 1985-ci il təvəllüdlü Aqşin Quliyevin idarə etdiyi “VAZ-2106” markalı, 10 EZ 563 dövlət nömrə nişanlı maşınla toqquşub.

Nəticədə “VAZ-2106”nın sürücü A. Quliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü və maşınlarda olan sərnişinlər - 1980-ci il təvəllüdlü Vüsalə Soltanova, 1972-ci il təvəllüdlü Tamamnaz Məmmədova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR