Azərbaycanda daha iki nəfər suda boğulub

Azərbaycanda daha iki nəfər suda boğulub
# 31 avqust 2013 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bir nəfər dənizdə, bir nəfər isə kanalda çimərkən boğulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da Bakı şəhər sakini Samir İsayev Mərdəkan çimərliyində çimərkən boğulub. S.İsayevin meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

Avqustun 30-da Neftçala rayonu Kürkənd kənd sakini Kamran Cəfərov kəndin ərazisindən keçən kanalda çimərkən boğulub. K. Cəfərovun meyiti sudan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR