Azərbaycanda iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədə hökm oxunub

Azərbaycanda iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədə hökm oxunub
# 29 mart 2013 15:06 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N. Orucov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR