Azərbaycanda magistral yolda körpü uçub, yol bağlanıb

Azərbaycanda magistral yolda körpü uçub, yol bağlanıb
# 04 mart 2013 06:30 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib.

Sement daşıyan ağır tonnajlı yük maşını Mişarçayın üzərindən keçmək istəyərkən qəfildən körpü aşıb. Sürücünün sayıqlığı sayəsində maşını vaxtında körpünün kənara çəkmək mümkün olub.

Uzunluğu 20, eni 10 metr olan körpünün uçması ilə Bakı və əks istiqamətdə avtomobillərin hərəkəti dayanıb. Müvafiq qurumların qəza briqadaları hadisə yerinə cəlb olunublar. Nəqliyyatın hərəkətinin bərpası üçün alternativ yolun çəkilişi istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR