Azərbaycanda ötən il 168 mindən çox uşaq doğulub - FOTOSESSİYA

Azərbaycanda ötən il 168 mindən çox uşaq doğulub - <span style="color: red;">FOTOSESSİYA
# 15 mart 2013 08:47 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Faiq Qurbanov nazirliyin media və ictimaiyyətlə sıx əməkdaşlıq etmək niyyətində olduğunu deyib.

Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı ötən il 350 minə yaxın əməliyyatın aparıldığını deyib: “Ədliyyə və Səhiyyə nazirlikləri arasında əməkdaşlıq mövcuddur. Ölkədə baş vermiş doğumun sayı barədə bizim idarəyə məlumatlar verilir. Ötən il 168 mindən artıq doğum qeydə alınıb və qeydiyyat prosesi tam elektron qaydada həyata keçirilir”.

İ. Məmmədov son 75 ildə qeydiyyata alınmış 15 milyondan artıq vətəndaşlıq vəziyyəti aktının elektron formata köçürüldüyünü bildirib: “Əhalinin dövlət reyestrinin, avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin tamlığı təmin edilib” .

İdarə rəisi ötən il ərzində 172 qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alındığını, 182 mətbu nəşrin uçotunun aparıldığını da qeyd edib: “Hazırda ölkədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının sayı 3 min 800, mətbu nəşrlərin sayı isə 4700-ü ötüb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR