Azərbaycanda Rusiya vətəndaşı istintaq təcridxanasına qadağan olunmuş vasitələr keçirmək istəyib

Azərbaycanda Rusiya vətəndaşı istintaq təcridxanasına qadağan olunmuş vasitələr keçirmək istəyib
# 09 sentyabr 2014 07:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, t’cridxanada saxlanılan Rusiya vətəndaşı, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208.2 maddəsinə əsasən həbs edilmiş Elbrus Karibova həyat yoldaşı, Kabardin-Balkar Respublikasında yaşayan Amina Sasikovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman sellofan paketin içərisində gizlədilmiş bir ədəd “Samsunq Duos” markalı mobil telefon aparatı, üç ədəd “Meqafon”, “Belain” və “Turkcell” danışıq kartları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR