Azərbaycanda saxta pul kəsən qrup zərərsizləşdirilib

Azərbaycanda saxta pul kəsən qrup zərərsizləşdirilib
# 28 iyun 2016 09:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda saxta pulların dövriyyəsi ilə məşğul olan qrup zərərsizləşdirilib.

 

Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində fəaliyyətə göstərən Ceyhun Mütəllimova məxsus mağazaya 70 manat saxta əsginas verib ərzaq məhsulları alan Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Mövlan Fərhadov, İsmayıllı rayon sakinləri - 1980-ci il təvəllüdlü Təvəkkül İsmayılov, 1963 -cü il təvəllüdlü Eybalı Eybalıyev və 1987-ci il təvəllüdlü Emin Soltanov tutulublar. Onların üzərinə baxış keçirilərkən 4 ədəd 100, 3 ədəd 50, 2 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5 və 6 ədəd 1 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

 

Habelə Təvəkkül İsmayılovun yaşadığı Gəndov kəndindəki evə baxış zamanı oradan 2 ədəd 100, 10 ədəd 50 və 5 ədəd 20 manatlıq saxta əsginas, çap qurğusu və digər çap avadanlıqları aşkar edilərək götürülüb. 

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR