Azərbaycanda sərnişin avtobusu minik maşını ilə toqquşub, xəsarət alanlar var

Azərbaycanda sərnişin avtobusu minik maşını ilə toqquşub, xəsarət alanlar var
# 28 avqust 2013 07:10 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində (Bakı-Sumqayıt yolunda) “VAZ-2107” markalı minik avtomobili və “DAEWOO” markalı sərnişin avtobusunun toqquşması nəticəsində “VAZ-2107” markalı minik avtomobili deformasiyaya uğrayıb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR