Azərbaycanda silah alveri ilə məşğul olan 3 nəfər həbs edilib

Azərbaycanda silah alveri ilə məşğul olan 3 nəfər həbs edilib
# 01 avqust 2015 11:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda silah alveri ilə məşğul olan 3 nəfər həbs edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Azər Xudaverdiyevdən 3 ədəd tapança patronu götürülüb.

Araşdırma zamanı A.Xudaverdiyevin Bakı şəhər sakini Elzamin Əliyevə satmaq məqsədi ilə 1 ədəd tapança verməsi, onun isə tapançanı paytaxt sakini Elşad Həsənova satması müəyyən edilib. E.Əliyev və E.Həsənov tutulublar.

E.Həsənovun evinə baxış zamanı “Valter-P38” markalı tapança aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR