Azərbaycanda xeyli miqdarda saxta pul dövriyyədən çıxarılıb

Azərbaycanda xeyli miqdarda saxta pul dövriyyədən çıxarılıb
# 03 avqust 2015 11:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda xeyli miqdarda saxta pul dövriyyədən çıxarılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Yevlax Rayon Polis Şöbəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Aşağı Qarxun kəndinin ərazisində Göygöl rayon sakini Əli Mahmudovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb və avtomobilə baxış zamanı ümumi məbləği 26,550 manat olan 41 ədəd 100 manatlıq, 415 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 23 ədəd 10 manatlıq və 6 ədəd 5 manatlıq saxta əsginaslar, 0,428 qram heroin və müxtəlif növ dərman preparatları aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR