Azərbaycanda yük avtomobili ilə minik maşını toqquşub, yanğın baş verib

Azərbaycanda yük avtomobili ilə minik maşını toqquşub, yanğın baş verib
# 29 avqust 2013 06:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda yanğınla nəticələnən yol qəzası olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsində ZİL markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın baş verib.

Yanğın nəticəsində hər iki avtomobilinin yanar hissələri yanıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır .

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR