Azərbaycanda zəlzələ olub - VİDEO

Azərbaycanda zəlzələ olub - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2014 07:06 (UTC +04:00)

APA-nın qərb bürosunun məlumatına görə, yeraltı təkanlar saat 06.40-da baş verib.

Gəncə Seysmik Stansiyadan verilən məlumata görə, zəlzələnin mərkəzi Qəbələ rayonu olub. Orada yeraltı təkanlar 5,5 bal gücündə hiss olunub. Gəncədən Ağstafaya kimi isə zəlzələ 3,5 bal gücündə olub. Şəhərdə heç bir dağıntı və xəsarət qeydə alınmayıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən isə APA-ya bildirilib ki, bu gün səhər Qəbələdə fasilələrlə üç yeraltı təkan baş verib. İlk yeraltı təkanlar yerli vaxtla 06:38:07-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə zəlzələ qeydə alınıb. Episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bal gücündə hiss olunub. İnsan tələfatı yoxdur.

Saat 08:55:52-də Qəbələ şəhərində ikinci, saat 09:19:08-də isə üçüncü yeraltı təkanlar qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR