Azərbaycanın müdafiə naziri ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanını qəbul edib - FOTO

Azərbaycanın müdafiə naziri ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanını qəbul edib  - <span style="color: red;">FOTO
# 17 iyul 2014 08:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Oklahoma ştatı milli qvardiyasının komandanı, general-mayor Mayls Dirinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Həsənov bölgədəki vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə ətraflı məlumat verib.

Nazir əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Qonaq Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib, tərəflər arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümunə kimi diqqətə çatdırıb və onun genişləndirilməsinin tərəfdarı olduğunu xüsusi vurğulayıb.

Daha sonra ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR