Azyaşlıların insan alveri məqsədi ilə Azərbaycandan Türkiyəyə aparılmasının qarşısı alınıb - FOTO - VİDEO

Azyaşlıların insan alveri məqsədi ilə Azərbaycandan Türkiyəyə aparılmasının qarşısı alınıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 avqust 2015 07:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında DSX İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov deyib.

A.İbrahimov bildirib ki, Azərbaycan Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyev Zahid Qədir oğlu “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsindən idarə etdiyi yük maşınında yetkinlik yaşına çatmayan Gəncə şəhər sakinləri - 2004-cü il təvəllüdlü Məmmədov Ziyadxan Saleh oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Asif Rəcəb oğlu və 2003-cü il təvəllüdlü Əliyev Yaqub Elşən oğlunu Türkiyə Respublikasına aparmaq barədə sonuncularla razılıq əldə edib, razılaşmaya əsasən onların dövlət sərhədini qanunsuz olaraq Gürcüstan istiqamətində keçməyə cəhd göstərmələrinə köməklik göstərib.

Z.Hacıyev azyaşlıların gələcəkdə istismar məqsədilə, aldatma yolu ilə Türkiyəyə aparıb insan alverinə cəlb etməyi planlaşdırıb, onların qabaqcadan istifadəsində olan mobil nömrəsini verərək qanunsuz yolla keçdikdən sonra Gürcüstanda təyin edilmiş yerdə görüşmək barədə razılıq əldə edib.

DSX əməkdaşlarının sayıqlığı nəticəsində Zahid Hacıyev və azyaşlılar saxlanılıb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR