Şəmkirdə mikroavtobus minik avtomobili ilə toqquşub, 2 nəfər xəsarət alıb

Şəmkirdə mikroavtobus minik avtomobili ilə toqquşub, 2 nəfər xəsarət alıb
# 17 dekabr 2016 15:55 (UTC +04:00)

Bu gün Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Könüllü kəndindən keçən ərazisində qəza baş verib.

APA-nın Qərb bürosunun məlumata görə, “Mercedes-Sprinter” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 2 nəfər – Şəmkir rayon Kür qəsəbə sakini 1985-ci il təvəllüdlü Fərman Məmişov və rayonun Muxtariyyə kənd sakini 1980-ci il təvəllüdlü Bayram Əlibabayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR