Bakı-Qazax yolunda baş verən avtomobil qəzasında 5 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda baş verən avtomobil qəzasında 5 nəfər xəsarət alıb
# 04 may 2013 14:07 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə bu gün saat 12:00 radələrində Bakı-Qazax yolunda, Kürdəmirin Qarabucaq kəndi ərazisində qeydə alınıb.

Qarabucaq kənd sakini 1983-cü il təvəllüdlü Azər Əhəd oğlu Əhmədovun idarə etdiyi 44-BL-073 dövlət nömrə nişanlı «VAZ 2106» markalı minik maşını qarşı tərəfdən gələn Bakı sakini 1951-ci il təvəllüdlü Qubad İbad oğlu Hümbətova məxsus 10-LO-456 dövlət nömrə nişanlı «VAZ 2107» markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və «VAZ 2106»nın sərnişinləri olan Qarabucaq kənd sakinləri - 1969-cu il təvəllüdlü Şərafət Babaş qızı Salmanova, 1992-ci il təvəllüdlü Göyçək Əflatun qızı Rüstəmova, 1966-cı il təvəllüdlü Tahirə Əkbər qızı Rüstəmova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR