Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib
# 08 avqust 2015 08:27 (UTC +04:00)

APA-nın Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını yolu keçən piyada, rayonun Küçəkənd kənd sakini, 45 yaşlı Yumarov İslam Yumar oğlunu vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, İ. Yumarovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR