Bakı-Quba yolunda ağır qəza nəticəsində bir nəfər ölüb

Bakı-Quba yolunda ağır qəza nəticəsində bir nəfər ölüb
# 26 may 2013 02:18 (UTC +04:00)

Bakı-APA. Quba rayonunda ağır qəza nəticəsində bir nəfər ölüb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı-Quba yolunda “Nissan Maxima” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla sürücünün sıxılmış meyiti avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 01:10-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR