Bakı-Şamaxı yolunda baş verən avtoqəzada 3 nəfər ağır xəsarət alıb

Bakı-Şamaxı yolunda baş verən avtoqəzada 3 nəfər ağır xəsarət alıb
# 07 iyul 2014 17:32 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə hadisə yolun 64-cü kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

“Toyota Land Cruiser” və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı maşındakı sərnişinlərdən 3-ü, Bakı şəhər sakinləri 1952-ci il təvəllüdlü Qurbanəliyeva Zemfira Ağası qızı, 1954-cü il təvəllüdlü Xəlilova Səyyarə Qüdsi qızı və 1979-cu il təvəllüdlü Qurbanəliyeva Şəlalə Fikrət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Sonra yaralılar müalicə üçün Bakı şəhərinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR