Bakı İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Bakı İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 28 avqust 2013 07:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. 

 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Zamir Qərib oğlu Yusifova vətəndaş Murad Cəsur oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman 1 litr həcmində "Dovğa"nın içərisində  şəffaf sellofan bükülülərdə xalis çəkisi 0,737 qram olan narkotik vasitə "Heroin" aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR