Bakıda qonşusunu qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

Bakıda qonşusunu qətlə yetirən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 15 yanvar 2018 07:11 (UTC +04:00)

Bakıda qətl törədən şəxs tutulub.

Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğluna qonşusu, 1960-cı il təvəllüdlü Vidadi Dilavər oğlu Rzayev tərəfindən ölümlə nəticələnən çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Vidadi Rzayev şübhəli şəxs qismində tutulub.

Hazırda başlanmış cin ayət işi üzrə zəruri istintaq hərəkətlərə davam etdirilir.

***

02.01

Bakıda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 126 ünvanında qeydə alınıb.

Hadisə zamanı 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın qarşısında bıçaqlanıb. Məlumata görə, o, avtomobilini park edərkən qonşusu ilə mübahisə edib. Mübahisə nəticəsində qonşusu ona 9 bıçaq zərbəsi vurub.

Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktı Yasamal Rayon Prokurorluğu araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR