Bakı sakinindən xeyli miqdarda narkotik götürülüb

Bakı sakinindən xeyli miqdarda narkotik götürülüb
# 07 mart 2016 10:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinində 2 kiloqramdan çox narkotik vasitə aşkar edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 12-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Həsənzadədən 100 qram marixuana, onun Pirşağı qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqram marixuana aşkar edilərək götürülüb.


Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 5-də Aygün Babayevanın evindən qızıl əşyalar, yanvar və fevral ayları ərzində Balaxanı qəsəbə sakinləri olan daha 2 nəfərin evlərindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR