Bakı şəhər Prokurorluğu Sabunçu rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb

Bakı şəhər Prokurorluğu Sabunçu rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb
# 31 avqust 2013 12:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər prokurorluğu Sabunçu rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Prokurorluqdan APA-ya verilən məlumata görə, avqustun 29-da Sabunçu rayonu ərazisində paytaxt sakini Tofiq Həsənovun odlu silahla qətlə yetirilməsi faktı üzrə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və ya daşıma) maddələri ilə cinayət işi başlanıb.

Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Güloğlan Abbasov avqustun 31-də tutularaq istintaqa cəlb edilib.

Cinayətin aləti olan 1 ədəd “Makarov” tipli tapança maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR