Bakıda 16 yaşlı oğlan dənizdə boğulub

Bakıda 16 yaşlı oğlan dənizdə boğulub
# 28 iyun 2013 15:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 16 yaşlı oğlan dənizdə boğulub. Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xəzər dənizinin Şüvəlan qəsəbəsinə düşən ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Cəsarət Əkrəm oğlu Hacızadə dənizdə çimərkən boğulub. C.Hacızadənin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR