Bakıda 16 yaşlı qız intihara cəhd edib

Bakıda 16 yaşlı qız intihara cəhd edib
# 19 fevral 2015 09:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda intihara cəhd hadisəsi baş verib.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Xədicə Əzimova dərman içərək intihara cəhd edib. X. Əzimova xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, Asim Əzimov adlı şəxs fevralın 16-da bacısı Xədicə Əzimovanın itkin düşməsi ilə bağlı polisə ərizə ilə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, fevralın 17-də tapılaraq ailəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR