Bakıda 22 nəfər liftdə qalıb

Bakıda 22 nəfər liftdə qalıb
# 04 iyul 2018 10:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, gecə saatlarında, Bakı şəhəri ərazisində 22 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyatlar uğurla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR