Bakıdakı internet-klubların birində bıçaqlanma hadisəsi baş verib

Bakıdakı internet-klubların birində bıçaqlanma hadisəsi baş verib
# 12 fevral 2015 08:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində bıçaqlanma hadisəsi baş verib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 20 yanvar küçəsi-4 ünvanında yerləşən internet-klubda qeydə alınıb.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əşrəf Elnur oğlu Hüseynov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Ə. Hüseynov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR