Bakıda 3 qumarbaz polis tərəfindən saxlanılıb

Bakıda 3 qumarbaz polis tərəfindən saxlanılıb
# 27 sentyabr 2014 11:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda restoranda qumar oynayan şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 26-da saat 03 radələrində Azadlıq prospektində yerləşən restoranda Bakı şəhər sakinləri Xaqani Hümbətov, Mahir Xudiyev və Lənkəran şəhər sakini Rəşad Cəfərov qumar oynadıqlarına görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR