Bakıda 51 yaşlı kişi su quyusuna düşərək ölüb

Bakıda 51 yaşlı kişi su quyusuna düşərək ölüb
# 21 avqust 2013 15:09 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1962-ci il təvəllüdlü Fətulla Xeyrulla oğlu Babayev fərdi yaşayış evinin həyətindəki su quyusuna düşüb. FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, quyunun diametri, təxminən 1 metr, dərinliyi 10 metrdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə quyuya enərək F. Babayevin cəsədini çıxarıblar. İlkin müayinə nəticəsində vətəndaşın bir neçə gün əvvəl öldüyü müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:16-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR