Bakıda 5 prokurorluq işçisi vəzifədən azad edilib, 1 nəfər orqandan xaric olunub

Bakıda 5 prokurorluq işçisi vəzifədən azad edilib, 1 nəfər orqandan xaric olunub
# 24 yanvar 2018 15:09 (UTC +04:00)

Bakıda 2017-ci ildə cəzalandırılan prokurorluq işçilərinin sayı açıqlanıb.

APA-nın məlumatına görə, Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR