Bakıda ağac avtomobil yoluna aşıb, bir avtomobilə ciddi ziyan dəyib - FOTOSESSİYA

Bakıda ağac avtomobil yoluna aşıb, bir avtomobilə ciddi ziyan dəyib - <span style="color: red;">FOTOSESSİYA
# 24 sentyabr 2014 15:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda ağac avtomobil yoluna aşıb.

APA-nın məlumatına görə, güclü külək səbəbindən aşan ağac iki maşının üstünə düşüb.

Avtomobillərdən VAZ 2107-yə ciddi ziyan dəyməsə də, Natiq Əlövsət oğlu Şamıyevə məxsus “Mercedes” markalı maşın ciddi zədələnib. Maşının arxa və ön şüşələri qırılıb, bəzi yerləri əzilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə bu gün günorta saatlarında Cəfər Cabbarlı küçəsi 44 ünvanında qeydə alınıb.

Paytaxtda əsən güclü külək nəticəsində söyüd ağacı kökündən çıxaraq avtomobil yoluna aşıb.

Hadisə zamanı “Mercedes” markalı avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR