Bakıda ana və qızını maşın vurub, ana ölüb, qızı ağır xəsarət alıb - FOTO - VİDEO

Bakıda ana və qızını maşın vurub, ana ölüb, qızı ağır xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 fevral 2015 23:20 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində baş verib. Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyasından şəhər istiqamətində hərəkətdə olan "Opel" markalı 90 EM 062 dövlət nömrə nişanlı avtomobil Böyükşor qəsəbəsi ərazisində yolu keçən Vəfa Sadıqova və onun qızı, 12 yaşlı Fərqanı Sadıqovanı vurub. Ana aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. Qızı isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çardırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR