Bakıda avtomobil elektrik dirəyinə çırpılıb, yanğın baş verib

Bakıda avtomobil elektrik dirəyinə çırpılıb, yanğın baş verib
# 15 sentyabr 2014 06:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yanğınla nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

"Toyota" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə yanğın baş verib.

Avtomobilin yanar hissələri və yaxınlıqda olan 3 ağac yanıb. Avtomobilin qalan hissəsi və ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR