Bakıda avtomobildən xeyli miqdarda pul və sənədlər oğurlanıb

Bakıda avtomobildən  xeyli miqdarda pul və sənədlər oğurlanıb
# 17 avqust 2013 08:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda avtomobildən xeyli miqdarda pul və sənədlər oğurlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 16 avqust saat 22-50 radələrində Bakı şəhəri, 1987-ci il təvəllüdlü Hacı Vaqif oğlu Mahirzadəyə məxsus “90-XL-433” dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin arxa sağ şüşəsi Cəfərov qardaşları küçəsində sındırılıb.

Nəticədə avtomobilin qabaq oturacağında olan 4 min manat pul, şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu naməlum şəxslər tərəfindən oğurlanıb.

Hazırda oğurluq edən şəxsin tapılması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR