Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi müəyyənləşib

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi müəyyənləşib
# 06 mart 2013 15:44 (UTC +04:00)

Bakı. Nizam Rza – APA. Bakının Nizami rayonu ərazisində martın 5-nə keçən gecə, saat 00.00 radələrində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi müəyyənləşib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Neolit” restoranının qarşısında “VAZ 2107” markalı avtomobilin “KamAZ” markalı yük maşınına çırpılması nəticəsində ölən şəxslər 1989-cu il təvəllüdlü Mirağa Nağı oğlu Sadıqov və 1991-ci il təvəllüdlü Münasib Fazil oğlu Məmmədovdur. Hadisə nəticəsində ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilən minik avtomobilinin sürücüsü Abid Fazil oğlu Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı ölən şəxslərin sənədləri tapılmadığından onların şəxsiyyətini 1 sutkadan sonra müəyyən etmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR