Bakıda baş vermiş yanğın nəticəsində bir nəfər xəsarət alıb

Bakıda baş vermiş yanğın nəticəsində bir nəfər xəsarət alıb
# 08 mart 2013 02:34 (UTC +04:00)

Bakı-APA. Bakının Suraxanı rayonunda baş vermiş yanğın nəticəsində bir nəfər xəsarət alıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 40 kv.m olan gözətçi otağın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi gecə saatlarında paytaxtın Yasamal rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli 5 mənzili kommunal tipli evin 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin taxta konstruksiyalardan ibarət eyvanının tavanı 7 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR