Bakıda bayram tonqalı minik avtomobilinə ziyan vurub

Bakıda bayram tonqalı minik avtomobilinə ziyan vurub
# 20 mart 2016 20:18 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında 2 kv.m sahəyə yığılmış taxta tullantıları (bayram tonqalı) yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanmış sahibi məlum olmayan “Ford” markalı yük avtomobilinin sol yan güzgüsünün plastik üzlüyü və qabaq işıqları əriyib. Avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR