Bakıda bir ailəyə məxsus üç ev yanıb - FOTO

Bakıda bir ailəyə məxsus üç ev yanıb - <span style="color: red;">FOTO
# 11 avqust 2013 22:03 (UTC +04:00)

APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Zabrat qəsəbəsi, Babək 50 ünvanında Zemfira Nurullayevaya məxsus evlərin birində başlayan həyətdəki digər tikililərə də keçib.

Ev sahibinin dediyinə görə, yanan hər üç ev ona məxsusdur. Lakin onlar evdə olmadıqlarından yanğın xəbərini qonşulardan alıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sabunçu, Suraxanı və Xəzər rayonlarının yanğından mühafizə hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.

FHN əməkdaşları qonşu evlərdəki sakinləri evakuasiya ediblər. Yanğının qonşuların evlərinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan və ölən olmayıb.

Nurullayevlər ailəsinə dəyən ziyanın miqdarı da hələlik bəlli deyil.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR