Bakıda bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib

Bakıda bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
# 26 may 2013 04:23 (UTC +04:00)

Bakı-APA. Bakıda, Dənizkənarı bulvarda bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1993-cü il təvəllüdlü bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:37-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR