Bakı. Hafiz Heydərov – APA. Bakıda çörək sexinin sahibi qarət olunub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də NZS qəsəbəsində yerləşən çörək sexində oranın sahibi Abşeron rayon sakini Sevda Qarayevanın çantasından qızıl əşyalar oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Astara rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Əzimov tutulub.