Novxanıda dənizdə batmış şəxsin cəsədi çıxarılıb

Novxanıda dənizdə batmış şəxsin cəsədi çıxarılıb
# 11 iyul 2014 18:27 (UTC +04:00)

Bakı - APA. Xəzərdə daha bir şəxs batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən 2500 metr aralı, nəzarət olunmayan ərazidə) batmış 1 nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR