Bakıda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki şəxs xilas edilib

Bakıda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki şəxs xilas edilib
# 21 iyun 2015 23:02 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (“Hövsan” sularda xilasetmə məntəqəsindən təxminən 450 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR