Bakıda elektrovoz və minik avtomobili toqquşub

Bakıda elektrovoz və minik avtomobili toqquşub
# 25 sentyabr 2014 11:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində elektrovoz minik avtomobilinə çırpılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də saat 04 radələrində Keşlə qəsəbəsi ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi “Saipa” markalı avtomobil toqquşub. Sürücü avtomobili hadisə yerində atıb gedib.

Hadisə nəticəsində avtomobil yararsız hala düşüb, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşıb, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kv. m. hissəsi dağılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR