Bakıda ev, Kürdəmirdə isə tövlə yanıb

Bakıda ev, Kürdəmirdə isə tövlə yanıb
# 06 iyun 2013 22:30 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda ötən gün axşam iki yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan üçotaqlı evdə baş verib. Nəticədə, evin dam örtüyü 30 kv.m sahədə və 2 otağın yanar konstruksiyaları 22 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Kürdəmir rayonu, Ərşəli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan tövlənin dam örtüyü 55 kv.m sahədə, damına yığılmış 2 ton ot bağlaması və tövlənin yaxınlığına yığılmış 10 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR