Bakıda gecə liftdə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib

Bakıda gecə liftdə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib
# 14 avqust 2013 03:11 (UTC +04:00)

Bakı-APA. Liftdə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (АРТ) saytına istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında baş verib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və uşağın liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 04:07-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR