Bakıda iki gün əvvəl törədilən qətlin üstü açılıb

Bakıda iki gün əvvəl törədilən qətlin üstü açılıb
# 13 may 2016 09:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədən şəxs tutulub.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 11-də Pirallahı rayon sakini Namiq Balayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. O, xəstəxanaya aparılarkən dəniz sahilində qayığın lövbərinin üstünə yıxılması nəticəsində xəsarət almasını bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar zamanı N.Balayevə xəsarəti Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidaddin İbrahimovun yetiridiyi müəyyənləşib. Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.İbrahimov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR