Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 15 sentyabr 2015 08:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 14-də saat 10:40 radələrində A.Salamzadə küçəsində Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Kamil Hacıyev idarə etdiyi “Mercedes” C-240 markalı avtomobillə 1972-ci il təvəllüdlü Sədaqət Tağıyevanı və Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Hikmət Babayevi vurub. Xəstəxanaya yerləşdirilən S. Tağıyeva və H. Babayev orada ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR