Bakıda maşın iki piyadanı vuraraq öldürüb

Bakıda maşın  iki piyadanı vuraraq öldürüb
# 21 yanvar 2017 07:43 (UTC +04:00)

Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 20-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Ədalət Abdullayev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən qəsəbə sakini Əsmər Əliyevanı vurub, nəticədə piyada hadisə yerində ölüb.

Digər hadisə elə həmin gün Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.

Bakı şəhər sakini Namiq Ələsgərov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub, piyada hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR