Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb
# 11 mart 2014 07:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində iki qardaş bıçaqlanıb. Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 10-da Binə qəsəbə sakini Ramin Məmmədov mübahisə zəminində bıçaqla Qafur Qurbanova və onun qardaşı Nizamiyə xəsarət yetirib. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən R. Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR