Bakıda keçmiş məhkumdan 13 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumdan 13 kq narkotik götürülüb
# 18 yanvar 2017 08:30 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyevdən 5,532 qram marixuana götürülüb.

Onun evinə baxış zamanı əlavə olaraq 8 kiloqram marixuana aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR